image-2000x150px
image-123
image-ads_atlas
image-0-medeniyyet-nazirliyi-logobackend

Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların sayı artırılıb

image-728x90px

Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların sayı artırılıb.

Bu barədə Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xor Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycanın 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçiriləcək.

Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi Azərbaycanın 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alacaq və Qərardan irəli gələn digər məsələləri həll edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki