Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yaxın 100 ildə ABŞ ilə dostluğun gözlənilməyəcəyinə əmin olduğunu bildirib.
“Biz yaxın 100 ildə heç bir dostluq gözləmirik” deyə o, Telegram kanalında yazıb.
O qeyd edib ki, Vaşinqtonla birbaşa münaqişə “açıqcası qlobal nüvə müharibəsinə çevriləcək”.
Bundan əvvəl Medvedev demişdi ki, Rusiyaya qarşı “hibrid müharibə” başa çatdıqdan sonra Moskva zəif ölkələri bağışlamalı, ABŞ-a məhəl qoymamalı və bütün mümkün vasitələrlə Avropanı cəzalandırmalıdır.
DOĞRU.AZ