image-2000x150px
image-medvedyevbackend

Medvedyev: “Heç kimdən icazə almadan nüvə silahından istifadə edəcəyik”

image-728x90px

Lazım gələrsə, Rusiyanın nüvə silahından istifadə etmək hüququ var.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün “Telegram-kanal”ında bildirib.

“Lazım gələrsə, Rusiyanın nüvə silahından istifadə etmək hüququ var. Əvvəlcədən müəyyən edilmiş hallarda. Nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarına ciddi şəkildə uyğun olaraq”, – Medvedyev yazıb.

O, Rusiyanın mövcudluğuna təhlükə yaranacağı təqdirdə belə reaksiyanın veriləcəyini açıqlayıb: “Həmçinin, Moskvanın ölkəyə və ya onun müttəfiqlərinə bu növ silahdan istifadə etməklə hücuma cavab olaraq nüvə silahından istifadə etmək hüququ var”.

Medvedyev Qərb ölkələrinə Ukraynada nüvə silahı yerləşdirməmək barədə xəbərdarlıq da edib. “Rusiya üçün təhdid müəyyən edilmiş təhlükə həddini keçərsə, biz cavab verməli olacağıq. Heç kimdən icazə almadan, uzun məsləhətləşmələr olmadan. Və bu, şübhəsiz ki, blef deyil”, – deyə siyasətçi vurğulayıb.

Eyni zamanda, RF Təhlükəsizlik Şurasının sədr müavini hesab edir ki, söhbət nüvə silahından gedirsə, NATO ölkələri münaqişəyə birbaşa müdaxilə etməyəcək. Onun fikrincə, Qərb “ölməkdə olan Ukraynanın heç kimə lazım olmayan taleyi”ndən daha çox öz təhlükəsizliyindən narahatdır.

“Okeanın o tayındakı və avropalı demaqoqlar nüvə apokalipsisində həlak olmağa hazırlaşmırlar. Buna görə də indiki münaqişədə istənilən silahdan istifadəni udacaqlar”, – Medvedyev belə deyib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini belə bəyanatla Qərb siyasətçilərinin Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı bəyanatları fonunda çıxış edib. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Moskvanın BMT Nizamnaməsinə məhəl qoymadığını və “Avropaya qarşı nüvə təhdidləri” elan etdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika Prezidentinin sözlərinə reaksiya verib. O, Baydeni Putindən yalandan sitat gətirməkdə ittiham edib.

Daha sonra ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Moskvaya nüvə silahından istifadənin nəticələri barədə xəbərdarlıq edilib. Dövlət katibi Entoni Blinken də ABŞ-ın bu baş verəcəyi təqdirdə planının olduğunu bildirib.

Sentyabrın 21-də Vladimir Putin Rusiya vətəndaşlarına, eləcə də Donbass və Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərinin sakinlərinə müraciət edib. O, Moskvanın bu bölgələrdə referendumlara dəstək verdiyini və Rusiyada qismən səfərbərliyə başlanıldığını bəyan edib. Rusiya Prezidenti Qərb ölkələrinin “aqressiv siyasətinə” işarə edərək, “nüvə şantajından istifadə keçildiyini” qeyd edib. Putin həmçinin vurğulayıb ki, külək flügeri (küləyin istiqamətini ölçən cihaz-müəll.) onların istiqamətinə döndərə bilər.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki