Kolumbiya dairəsinin federal hakimi Tramp administrasiyasının Çin mallarına tətbiq etdiyi tarifləri dayandırıb.
Bu barədə dərc olunmuş məhkəmə qərarına istinadən məlumat yayıb.
“Məhkəmə 14.195, 14.228, 14.257, 14.259 və 14.266 saylı İcra Sərəncamları ilə qoyulan rüsumları qanunsuz elan edir”, – hakim Rudolf Kontreras qərar verib.
Məhkəmənin fikrincə, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı da Trampa bu cür məhdudiyyətlər tətbiq etmək səlahiyyəti vermir.
Daha əvvəl məlum olub ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi Trampın tətbiq etdiyi idxal rüsumlarını bloklayıb.
DOĞRU.AZ