Meksika prezidenti Klaudiya Şeynbaum zəlzələ xəbərdarlıq sistemi işə düşdükdən sonra gündəlik mətbuat konfransını yarımçıq dayandırmaq məcburiyyətində qalıb.
Doğru.az xəbər verir ki, hadisə Milli Sarayda keçirilən tədbirin canlı yayımı zamanı baş verib.
Məlumata görə, dövlət başçısının çıxışı sirenlərin Gerrero ştatında mümkün seysmik aktivlik barədə xəbərdarlıq etməsindən sonra dayandırılıb.
Xatırladaq ki, bundan əvvəl seysmoloqlar Meksikanın sahil bölgələrində, Gerrero ştatında 6,5 bal gücündə zəlzələ qeydə almışdı.
Qeyd edək ki, daha öncə ABŞ-ın Alyaska ştatında da 5,7 bal gücündə zəlzələ baş verdiyi bildirilmişdi.
DOĞRU.AZ




























