image-n1karobka_ads
image-123
image-224344_1wr1j8zx1ybackend

Mətanətdən jurnalistləri təhqir edən müğənnilərə sərt sözlər

“Verilişlərdə müğənnilər gəlib deyir ki, jurnalistlər bizim dostumuz deyil. Allah eləməsin, onlardan bizə dost olar? Hələ görün biz sizi sıramıza qəbul edirikmi”.

Doğru.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “6/8 axşam şousu”nda deyib. O, “Həmin Zaur” verilişində müğənni Manaf Ağayev və Əməkdar artist Cavanşir Məmmədovun jurnalistləri tənqid etməsinə cavab verib. Əliverdiyeva Manaf və Cavanşirin “Jurnalistdən dost olar? Biri yaxşı nəsə yazır?” sözlərinə əsəbləşdiyini söyləyib:

“İkincisi, heç olmasa, bu yaxınlarda Kəlbəcərdə dünyasını dəyişən jurnalistlərə hörmət edin. Əgər siz kimlərləsə rastlaşmısınızsa, özünüz kimi qeyri-peşəkar müğənnilərdir, jurnalistlərdir. Bu da hər sahədə var. Ayıb olsun, jurnalistləri təhqir etməyin, onlar canlarını qoyan insanlar olub. Dünyasını dəyişənlərə Allah rəhmət etsin. heç vaxt özünüzü fikirləşib, qarşınızdakını təhqir etməyin. Aparıcılardan xahiş edirəm, siz də bir jurnalistsiniz. Qarşınızdakına sual verəndə, cavab verməyə aciq qalmayın”.///Axşam.az

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki