image-ads_n1karobka_mobile
image-1771873013_1771862083_img_20260223_195347_458backend

Hüseyn Məhərrəmliyə yeni vəzifə verildi

image-add-a-heading

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Göygöl rayon Dövlət Arxivinə yeni müdir təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Hüseyn Hamlet oğlu Məhərrəmli təyinat alıb.

Qeyd edək ki, H.Məhərrəmli 1995-ci ildə anadan olub. O, 2012-2016-cı illərdə Gəncə Dövlət Universitetində ali təhsil alıb. 2018-2024-cü illərdə isə Göygöl Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində işləyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki