image-ads_n1karobka_mobile
image-img-20260223-wa0087backend

AQC İqtisad Universitetində hazırlıq kurslarına başlayır

image-add-a-heading

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzinin (DİM) növbəti imtahanına hazırlaşanlar üçün hazırlıq kurslarına başlayır.

Doğru.az xəbər verir ki, kursların məqsədi qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin bilik və bacarıqlarını artırmaq, onların imtahana peşəkar şəkildə hazırlaşmasına dəstək olmaqdır.

Tədris prosesi üç istiqaməti – daşınar və daşınmaz əmlakın, həmçinin müəssisələrin qiymətləndirilməsini əhatə edir. Dərslər Azərbaycan Dövlət İqtisad Universitetində universitetin müəllimləri tərəfindən keçiriləcək.

Kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki