image-ads_n1karobka_mobile
image-1771873203_binabackend

Bakıda bu rayonlarda yeni söküntülər olacaq – ÜNVANLAR

image-add-a-heading

Paytaxtda qəzalı binaların sökülməsi və yeni infrastruktur layihələrinin icrası ilə bağlı mərhələli proses davam edir.

Baku.ws-in məlumatına görə, yaxın perspektivdə Bakının bir sıra rayonlarında söküntü işlərinin aparılması planlaşdırılır.

Hansı rayonlarda söküntü gözlənilir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc baku.ws-ə bildirib ki, ilkin mərhələdə proses 10 rayonu əhatə edəcək:

“Plan üzrə aşağıdakı rayonlarda qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsi nəzərdə tutulur:

Nərimanov

Yasamal

Nəsimi

Səbail

Xətai

Nizami

Sabunçu

Suraxanı

Pirallahı

Bu ərazilərdə əsasən rəsmi akt tərtib olunmuş, qəzalı vəziyyətdə olan çoxmənzilli binalar və yeni infrastruktur layihələrinin düşdüyü zonalarda yerləşən fərdi yaşayış evləri söküləcək”.

AQC sədri əlavə edib ki, qəzalı binalarla bağlı aktlar müvafiq dövlət qurumları tərəfindən tərtib olunur:

“Söküntü və yenidənqurma prosesi şəhərin Baş Planına – “Bakı 2040” inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Sökülən ərazilərdə yeni yaşayış binaları, parklar, sosial obyektlər və nəqliyyat infrastrukturu yaradılması nəzərdə tutulur.

Yaxın müddətdə aşağıdakı ərazilərdə aktiv proses gözlənilir:

“Təzəpir” məscidi ətrafı

“Bayıl şəhər” adlanan ərazilər

Keçmiş “Sovetski” (Yasamal rayonu) ərazisi

Metro stansiyalarının ətraf zonaları

Planlaşdırılan tramvay xətlərinin keçəcəyi küçələr

Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı.

Konkret küçələr

Səbail rayonu:

Salman Mümtaz küçəsi

Dağlıq küçəsi

Sabunçu rayonu:

Yusif Qasımov küçəsi

Qurban Vəzirov küçəsi

Suraxanı rayonu:

Xanlar Ələkbərov küçəsi

Yasamal rayonu:

Rıza Quliyev küçəsi

Nabat Aşıqbəyova küçəsi

Çingiz Mustafayev küçəsi

Mirzağa Əliyev küçəsi və ətrafı

Nərimanov rayonu:

“Montin” və Keşlə əraziləri”.

Vüqar Oruc həmçinin qeyd edib ki, söküntü işləri mərhələli şəkildə və plan əsasında həyata keçirilir:

“Əhali ilə müvafiq dövlət qurumları arasında danışıqlar aparılır və kompensasiya məsələləri qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Əsas prioritet qəzalı binaların təhlükəsizlik baxımından aradan qaldırılması və eyni zamanda yeni nəqliyyat və şəhərsalma layihələrinin reallaşdırılmasıdır”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki