image-n1karobka_ads
image-123
image-wmsncin41nxstnik6pwj2oqnuafjpidny74szay0_1200backend

Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib – FOTO

image-ad_qayo_720x110px

İqtisadiyyat naziri Mikayıl Cabbarov serbiyalı həmkarı ilə Adriyana Mesaroviç ilə videokonfrans formatında görüş keçirib.

Doğru.az xəbər verir ki, o, bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin, iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük”, – deyə paylaşımda qeyd olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki