image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240215-wa0077backend

Milli İncəsənət Muzeyi yeni layihəyə başlayıb – FOTO

image-728x90px

Azərbaycan Milli İncəsənət Muzeyi “Muzeydə musiqi” adlı yeni layihəyə başlayıb.

Doğru.az xəbər verir ki, layihə çərçivəsində görkəmli alman bəstəkarı İ.S.Baxa həsr edilmiş “Siz Baxı sevirsinizmi?” adlı ilk konsert təqdim olunub.

Tamaşaçılar qarşısında Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu, Səidə Tağızadənin solistliyi ilə Bakı Kamera Orkestri çıxış edib.

Konsert “PAŞA Holdinq”in dəstəyi ilə keçirilib.

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə reallaşan layihənin hər bir mərhələsi musiqi və təsviri sənətin müəyyən epoxasına həsr olunacaq.

Ölkəmizin aparıcı musiqi ocaqları ilə əməkdaşlıq əsasında hər ay yeni proqram tərtib olunacaq. Tamaşaçılara həm dünya klassik musiqisindən, həm Azərbaycan bəstəkarlarının yaradıcılığından əsərlər, həm də milli, caz, etnik musiqi təqdim ediləcək.

DOĞRU.AZ

image-img-20240215-wa0076 image-img-20240215-wa0079 image-img-20240215-wa0075 image-img-20240215-wa0078 image-img-20240215-wa0081 image-img-20240215-wa0082 image-img-20240215-wa0080 image-img-20240215-wa0085 image-img-20240215-wa0083 image-img-20240215-wa0084

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki