image-n1karobka_ads
image-123
image-17292602596537763786_1200x630backend

Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirələr aparılıb – FOTO

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Milli Konservatoriyasında olub.

Nazirlikdən Doğru.az-a bildirilib ki, kollektivlə görüşdə nazir Azərbaycan milli musiqisinin zənginliyini qeyd edib, bu sahədə tədrisin yüksək səviyyədə qurulmasının əhəmiyyətli olduğunu bildirib.

Nazir musiqi təhsili sahəsində fikir mübadiləsi aparılmasına ehtiyac olduğunu deyib: “Bu mənada, musiqi məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılmalıdır. Milli musiqinin məzmunca inkişaf etdirilməsi önəmlidir. Bu inkişaf isə ilk olaraq musiqi məktəblərindən başlamalıdır. Hazırda musiqi və incəsənət məktəblərində islahat və yenilənmələr davam etdirilir. Xüsusilə regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin alətlərlə təminatı sahəsində problemlər də diqqət mərkəzindədir”.

Söhbət zamanı xalq çalğı alətləri üzrə yeni tədris proqramlarının hazırlanmasının da vacibliyi vurğulanıb.

A.Kərimli bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət və yaradıcı sənayelər üzrə kadr potensialının inkişaf etdirilməsi prioritet hesab olunur. Bu məqsədlə elan olunan təqaüd proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrində xaricdə təhsil və təlim kursları üzrə sənəd qəbulu aparılır.

Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi musiqi təhsili ilə bağlı müəyyən problemlərin olduğunu söyləyib. O, son dövrdə musiqi təhsili sahəsində aparılan islahat və yenilikləri yüksək qiymətləndirib.

Sonra təhsil ocağının professor-müəllim heyətinin mədəniyyət və musiqi təhsili üzrə təklifləri dinlənilib.

DOĞRU.AZ

image-17292602594741541724_1200x630 image-1729260259383806962_1200x630 image-17292602593830142161_1200x630 image-17292602594609720573_1200x630 image-17292602592446556233_1200x630 image-17292602591987537949_1200x630 image-17292602595438655773_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki