image-n1karobka_ads
image-123
image-rian_6388922-hr-pic_32ratio_1200x800-1200x800-70425backend

Moldova 2024-cü ildə Avropa İttifaqı ilə üzvlük danışıqlarına başlamağa ümid edir

image-ad_qayo_720x110px

Moldovanın baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib ki, respublika 2024-cü ildə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamağa ümid edir.

TASS xəbər verir ki, o, cümə günü keçirdiyi brifinqdə müvafiq bəyanatla çıxış edib.

“Biz Avropa Şurasının qərarını alqışlayırıq və danışıqlar çərçivəsinin tezliklə yaradılmasını və danışıqlara rəsmi start verəcək ilk hökumətlərarası komissiyanın çox yaxın gələcəkdə keçirilməsini gözləyirik”, – deyə o qeyd edib. onilliyin sonuna kimi blokun tamhüquqlu üzvü ola biləcək.

Bundan əvvəl bildirilmişdi ki, Aİ sammitinin iştirakçıları Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanması üçün tarix açıqlamayıb, onların bu yolda hərəkətini təsdiqləməklə kifayətləniblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki