image-2000x150px
image-123
image-ads_atlas
image-rian_6405702-hr-pic_32ratio_900x600-900x600-47995backend

Moldova Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsi təşəbbüsünü təsdiqləyib

image-728x90px

Moldova Konstitusiya Məhkəməsi Avropa İttifaqına (Aİ) qoşulmaq üçün referendumun keçirilməsi təşəbbüsünü və onun nəticələrinə əsasən konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini təsdiqləyib.

TASS xəbər verir ki, müvafiq hökmü məhkəmənin sədri Domnica Manole elan edib.

“Konstitusiyaya yenidən baxılması təşəbbüsü əsas qanunun müddəalarına uyğundur və parlamentin təsdiqinə təklif oluna bilər”, – hakim deyib.

Aprelin 9-da Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) oktyabrın 20-də Avropa İttifaqına daxil olmaq üçün referendumun keçirilməsini təklif edib.

Aprelin 8-də PDS parlamentə Avropaya inteqrasiyanı respublikanın strateji hədəfi elan etmək üçün konstitusiyaya dəyişiklik edilməsi haqqında qanun layihəsi təqdim edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki