image-n1karobka_ads
image-123
image-6883a21502e8bd492f1d31c4backend

Moskva məhkəməsi Google Ireland-ə ABŞ-da məhkəmə işlərini qadağan etdi

image-ad_qayo_720x110px

Moskva Arbitraj Məhkəməsi Google Ireland Limited şirkətinə Rusiyanın Google MMC-nin iflas işi çərçivəsində ABŞ məhkəmələrində prosesi davam etdirməyi qadağan edib.

Doğru.az xəbər verir ki, “Vedomosti”nin yaydığı məlumata görə, qadağaya əməl olunmadığı təqdirdə şirkət hər bir iddia üzrə 65,08 milyard rubl məbləğində cərimələnə bilər.

Məhkəmə müəyyən edib ki, Kaliforniyada arbitraj prosesinin davam etdirilməsi Rusiyada gedən iflas işinə maneə yarada və Google MMC-nin hüquqlarının təmin edilməsinə zərər vura bilər.

Qadağanın təşəbbüskarı olan iflas üzrə idarəçi Valeri Talyarovski bildirib ki, sanksiyalar və müflisləşmə məsələləri yalnız Rusiya məhkəmələrinin səlahiyyətinə aiddir və bu səbəbdən xarici arbitraj məhkəməsində işə baxılması mümkün deyil.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki