image-ads_n1karobka_mobile
image-66bcae0302e8bd180029a7e9backend

Moskvada polisə hücum edən ABŞ vətəndaşı saxlanılıb

Moskvada ABŞ vətəndaşı hökumət nümayəndələrinə qarşı zorakılıq etməkdə şübhəli bilinərək saxlanılıb.

Bu barədə paytaxtın İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, avqustun 12-nə keçən gecə amerikalı xuliqanlıq etdiyi üçün paytaxtın polis idarəsinə aparılıb. ABŞ vətəndaşı sənədləri təqdim etməkdən imtina edib və “hüquq-mühafizə orqanının əməkdaşına qarşı zorakılıq tətbiq edib”.

Amerikalıya qarşı “Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi” maddəsi ilə cinayət işi açılıb.

RİA Novosti-nin mənbəyə istinadən verdiyi məlumata görə , ABŞ vətəndaşı Cozep Taqer Radisson otelində sənədləri təqdim etməkdən imtina edib və münaqişə başlayıb. Bundan sonra amerikalı polis bölməsinə aparılıb və o, hüquq-mühafizə orqanının əməkdaşını vurub.

Bundan əvvəl məlum olmuşdu ki, Tailand polisi Rusiya vətəndaşını saxlayıb, onun da Kanada pasportu var.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki