İsrailin Rusiyadakı səfiri Simona Qalperin brifinq zamanı bildirib ki, İsrail hərbi qüvvələri İranın hava məkanına tam nəzarət edir.
“İsrail Hərbi Hava Qüvvələri İranın bütün ərazisinə və hava məkanına tam nəzarət edir”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl İran təhlükəsizlik məqsədilə hava məkanının bağlanmasını iyunun 17-də Moskva vaxtı ilə saat 01:30-a qədər uzadıb.
İsrail Müdafiə Qüvvələri (IDF) əməliyyat başlayandan bəri İranın raket buraxılış qurğularının üçdə birini məhv etdiyini bildirib.
DOĞRU.AZ