image-ads_n1karobka_mobile
image-image_940x_69afbc7c7dcb2backend

Müdafiə Nazirliyi XƏBƏRDARLIQ ETDİ

image-add-a-heading

Pirəkəşkül və Ağdərədə 10-13 mart tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Doğru.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki