image-2000x150px
image-5f5abe7a93516966695877811421fb3abackend

Müəllim dəhşətli qətliamdan uşaqları unikal yolla xilas etdi – VİDEO

image-728x90px

Dəftər, tapşırıqlar və davam edən dərs… Yaxınlıqda isə atəş səsləri eşidilir.

Görüntülər Rusiyanın İjevsk şəhərində (Udmurtiya Respublikası) 88 saylı məktəbə 13 nəfərin ölümü ilə nəticələnən hücum zamanı çəkilib.

2 “d” sinfinin müəllimi uşaqların təlaşa düşməməsi üçün hazırda məktəbdə təlim getdiyini bildirib və uşaqlara dərsə davam etmələrini söyləyib. Özü isə sinfin qapısını bağlayaraq, təxliyəni gözləyib.

Xatırladaq ki, bu gün şəhərin 88 saylı məktəbində dəhşətli hadisə baş verib. Belə ki, 34 yaşlı kişi sinif otaqlarına girərək iki tapançadan böyüklərə və uşaqlara atəş açıb. Bundan sonra o, özünü dördüncü mərtəbədəki kabinetə bağlayıb və intihar edib. Son məlumatlara görə, atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır. 22-si uşaq olmaqla daha 24 nəfər isə xəsarət alıb. Məlumata görə, zərərçəkənlərin bəziləri özlərini pəncərədən atdıqları zaman xəsarət alıblar. Faciə ilə əlaqədar Udmurtiya Respublikasında sentyabrın 26-dan 29-dək matəm elan edilib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki