Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ölkədə koronavirusa qarşı kifayət qədər dərman olduğunu bildirib.
“Dərmanlar var, işləyirlər. Ən əsası müalicəyə vaxtında başlamaqdır”.
Eyni zamanda, Muraşko qeyd edib ki, hal-hazırda xəstələnmə nisbəti artmaqdadır, ona görə də profilaktik tədbirlərə riayət etmək çox vacibdir.
Daha əvvəl Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru, virusoloq Aleksey Aqranovski koronavirusun yayılmasında mövsümi faktordan danışıb.
Həmçinin Viral İnfeksiyaların Profilaktikası və Müalicəsi üzrə Tədqiqat Mərkəzinin direktoru Georgi Vikulov koronavirus infeksiyasının yeni variantlarından qorxmamağı tövsiyə edib.
Mənbə RİA Novosti