image-n1karobka_ads
image-123
image-17228555141700457700_1200x630backend

Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb

image-ad_qayo_720x110px

Avqustun 5-dən 8-dək musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Doğru.az-a bildirilib ki, bu il müsahibədə 337 nəfər namizədin iştirakı gözlənilir.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Namizədlər https://shorturl.at/lBgA2 linki vasitəsilə müsahibə mövzuları ilə yenidən tanış ola bilərlər.

Müsahibə mərhələsinin nəticələri əsasında tələb olunan balı toplamış namizədlər müvafiq qaydada musiqi və incəsənət məktəblərində müəllim vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, müsahibə mərhələsinin qrafiki barədə məlumat namizədlərə “MyCulture” vahid şəxsi kabinet (https://my.culture.az), sms və elektron poçt vasitəsilə göndərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki