image-n1karobka_ads
image-123
image-68738a4d02e8bd62ac260a77backend

Musk Trampı Epstein işi sənədlərinin məxfiliyini açmağa çağırıb

image-ad_qayo_720x110px

Tesla və SpaceX-in baş direktoru İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədləri açıqlamağa çağırıb.

Doğru.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb:
“O (Tramp) bu çağırış zamanı bir neçə dəfə ‘Epstein’ dedi ki, hamı Epstein haqqında danışmağı dayandırsın. Sadəcə olaraq, söz verdiyimiz kimi materialları dərc edin.”

Bundan əvvəl ABŞ lideri Epşteynlə bağlı sənədlərin demokratların əsəri olduğunu bildirmişdi.

Qeyd edək ki, keçmiş maliyyəçi Cefri Epşteyn yetkinlik yaşına çatmayanların istismarı şəbəkəsi yaradıb. İstintaq müəyyən edib ki, qurbanlar etibarlı şəxslər vasitəsilə aldadılıb, Epşteynin evlərinə gətirilib, orada Amerika və dünya elitasının nümayəndələri tərəfindən zorlanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki