image-2000x150px
image-123
image-ads_atlas
image-0a7603ee-83df-3421-a72d-fc58268dd449_850backend

Myanmada Britaniyanın keçmiş səfiri və həyat yoldaşı həbs edilib

image-728x90px

Myanma hərbi hakimiyyəti Böyük Britaniyanın Myanmadakı keçmiş səfiri Vikki Boumanı və ərini həbs edib.

“Report” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qadın diplomat viza qaydalarını pozmaqda, əri isə onun Myanmada qalmasına kömək etməkdə ittiham olunur. Onlar beş ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.

Bouman 2002-2006-cı illərdə Myanmada səfir vəzifəsində çalışıb. O, birmalı rəssam və keçmiş siyasi məhbus Hteyn Lin ilə evlidir. Məhkəmə iclası sentyabrın 6-na təyin edilib.Britaniya səfirliyi Vikki Boumana konsulluq yardımı etdiyini bildirib.

Həbs Böyük Britaniyanın Myanma hərbi hakimiyyətlərinə qarşı yeni sanksiyalar elan etdiyi vaxta təsadüf edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki