image-n1karobka_ads
image-123
image-17182850145027344153_1200x630backend

NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir – FOTO

image-ad_qayo_720x110px

Bu il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının Mobil Təlim Qrupu Bakıda HHQ-nin şəxsi heyəti ilə “HHQ-də hava məkanının idarə olunması və nəzarət” mövzusunda kurs keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az -a verilən məlumata görə, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək və dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.

Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.

DOĞRU.AZ

image-17182850141715819024_1200x630 image-17182850145543635588_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki