image-2000x150px
image-123
image-ads_atlas
image-17143981886127946245_1200x630backend

Naxçıvan şəhərində “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı”nın icrasına başlanılıb – FOTO

image-728x90px

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı”nın icrasına başlanılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açılış mərasimindən əvvəl Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi ziyarət olunub, önünə güllər düzülüb.

Proqramda iştirak edən heyətlə təşkil olunan görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təmsilçisi Günay Malikqızı, Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov və digər məsul şəxslər iştirak ediblər.

Görüşdə QHT-lərin cəmiyyətdə layiqli yer tutması, onların faydalı təşəbbüslərinin dəstəklənməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən aparılan işlərin mahiyyəti izah olunub, suallar cavablandırılıb və təkliflər dinlənilib.

Müzakirələr zamanı QHT-lərin bilik və bacarıqlarının artırılmasının önəminə də toxunulub.

DOĞRU.AZ

image-17143981882631722216_1200x630 image-17143981881169754148_1200x630 image-17143981883018613917_1200x630 image-171439818845438661_1200x630 image-17143981881606034868_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki