image-n1karobka_ads
image-123
image-nazirrrrrrbackend

Nazir növbəti sıra baxışını keçirdi, 223 nəfər seçildi – VİDEO

image-ad_qayo_720x110px

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Doğru.az xəbər verir ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 12 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

 

Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 18 sıra baxışı keçirilib. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 3061 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 398 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

DOĞRU.AZ

image-whatsapp_image_2024-12-27_at_12-10-39 image-whatsapp_image_2024-12-27_at_12-10-41__1_ image-whatsapp_image_2024-12-27_at_12-10-40__2_ image-whatsapp_image_2024-12-27_at_12-10-41 image-whatsapp_image_2024-12-27_at_12-10-42__1_ image-whatsapp_image_2024-12-27_at_12-10-42

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki