image-2000x150px
image-123
image-ads_atlas
image-3b4c9c1d-f29d-3f93-acaf-11a175c80dbb_850backend

“Neftçi”nin yeni transferi: “Burada olmaq mənim üçün böyük fəxrdir”

image-728x90px

“Neftçi”nin futbolçusu olmaq mənim üçün böyük fəxrdir. Çünki bu, böyük komandadır. Mənə görə, ölkənin ən böyük klubudur”.

Bunu “Neftçi”nin yeni transferi Vato Arveladze klubun rəsmi saytına müsahibəsində deyib.

Gürcüstanlı hücumçu bildirib ki, “ağ-qaralar”dan gələn təklifi ilk dəfə eşidəndə həyəcanlı hisslər keçirib: “Burada oynamaq mənim üçün böyük məsuliyyətdir. Əlbəttə, atam və əmilərim mənə məsləhət verdilər. Amma buraya gəlmək qərarını özüm verdim. Bakı gözəl şəhərdir, yaxşı insanları var. Yaxınlarım Bakıda bir neçə dəfə olublar və sizin ölkəni çox seviblər. Onlar da mənim bura gəlməyimə şad oldular”.

Qeyd edək ki, “Neftçi” Vato Arveladze ilə 1+1 illik müqavilə bağlayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki