image-n1karobka_ads
image-123
image-4cd55dda-264f-4243-8995-4514b97e71a5backend

Netanyahunun müşaviri Hizbullah ilə qarşıdurma səviyyəsinin artdığını açıqlayıb

image-ad_qayo_720x110px

İsraillə Livanın şiə Hizbullah hərəkatı arasında qarşıdurma yeni səviyyəyə çatıb və əvvəllər çəkilmiş qırmızı xətlər artıq keçmir. Bunu İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.

O, şəxsi Telegram kanalında qeyd edib ki, indi istənilən radikal İsrail tərəfi üçün qanuni hədəf hesab olunur.

“Müharibənin məqsədləri çərçivəsində şimal sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmasını daxil etməklə, İsrail qarşıdurmanın yeni səviyyəsinə keçdi. Artıq keçmiş qırmızı xətlər qalmayıb…” Gendelman yazıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Beyruta hücum etdiyi bildirilmişdi . Nəticədə ən azı 12 nəfər ölüb.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki