image-n1karobka_ads
image-123
image-684be5f9ae5ac939b26bdf41backend

Netanyahunun ofisi: İsrail İranla tamhüquqlu müharibə ehtimalına hazırlaşır

İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bəyan edib ki, İsrail tərəfi İranla tamhüquqlu müharibə ehtimalına hazırdır.

“İsrail hadisələrin istənilən inkişafına hazırdır”, – Gendelman TASS-ın İranla tamhüquqlu silahlı münaqişə ehtimalını şərh etmək istəyinə cavab verib.

O vurğulayıb ki, İsrail həm müdafiədə, həm də hücumda ilk növbədə öz hərbi qüvvələrinə və imkanlarına arxalanır.

Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail hərbçiləri İrana zərbələr endirməyə davam edəcəklər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki