İsrailin baş naziri Benyamin Netanyahuda bağırsaq iltihabı aşkarlanıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb və xəstəliklə bağlı rəsmi açıqlama baş nazirin ofisi tərəfindən verilib. Bildirilib ki, Netanyahu zəhərlənmiş qida qəbul etdikdən sonra səhhətində problemlər yaranıb və həkimlər ona bağırsaq iltihabı diaqnozu qoyublar.
Qeyd olunur ki, xəstəliyə səbəb kimi “xarab olmuş qidaların qəbulu” göstərilir.
Xatırladaq ki, daha əvvəl dietoloq Qalina Leonova toksinlərin orqanizmə təsiri və onlardan qorunma yolları barədə məlumat vermişdi.
DOĞRU.AZ