Norveç müdafiə xərclərini 2026-cı il əvəzinə 2024-cü ildə ÜDM-in 2%-nə qədər artıracaq.
Bu barədə ölkənin baş naziri Yonas Qar Stere bildirib.
“Hökumət bu il NATO-nun qarşıya qoyduğu iki faizlik hədəfə çatacaq. Biz Norveç Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün uzunmüddətli plan təqdim edəcəyik. O, 12 il üçün nəzərdə tutulub”.
Baş nazir əlavə edib ki, Norveçdə təhlükəsizlik vəziyyəti çox ciddidir. Onun sözlərinə görə, Rusiya “daha təhlükəli və daha gözlənilməz qonşuya” çevrilib.
Mənbə: A Haber