image-2000x150px
image-123
image-ads_atlas
image-17101771133734339230_1200x630backend

Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib – FOTO

image-728x90px

Martın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev bütün iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri gələcək nəslə ötürməkdir.

“Novruzlu nağıl bağı” adlı tamaşa boyu uşaqlar milli-mənəvi dəyərləri özündə ehtiva edən, xalqımızın ən gözəl bayramlarından olan Novruz ilə bağlı bir-birindən maraqlı kompozisiya və rəqslərlə çıxış edib.

Tədbirdə 1 saylı uşaq evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin, həmçinin Bakı şəhəri üzrə Ümumtəhsil məktəblərinin şagirdləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Kitab Mərkəzi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondu, Səssiz ünsiyyət İB əməkdaşları və Uşaq yazarlarından Sevinc Nuruqızı və Solmaz Amanova iştirak ediblər.

DOĞRU.AZ

image-17101771131480535784_1200x630 image-17101771131355022772_1200x630 image-17101771131167210283_1200x630 image-17101771132618516751_1200x630 image-1710177113261937306_1200x630 image-17101771136276839409_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki