Avropalı siyasətçilərin Rusiya ilə münaqişədə Ukraynanın qələbəsinə ümid etməsi yanlışdır.
Doğru.az xəbər verir ki, bu barədə Viktor Orban bildirib. Onun rəsmi saytında yayılan açıqlamada qeyd olunur: “Rusların Ukraynadan əvvəl tükənəcəyinə kim inana bilər? Bu, xəyallar və illüziyalardır”.
Macarıstanın Baş naziri hesab edir ki, münaqişənin gedişi ilə bağlı bəzi Avropa paytaxtlarında formalaşan gözləntilər reallığı əks etdirmir və yanlış hesablamalara əsaslanır.
Orban bir müddət əvvəl də bəyan etmişdi ki, Ukrayna hakimiyyətinin ölkəsində keçiriləcək parlament seçkilərinə təsir göstərmək və müxalif qüvvələri dəstəkləmək cəhdləri seçkilərə beynəlxalq əhəmiyyət qazandırıb. Onun sözlərinə görə, Budapeşt daxili siyasi proseslərə kənar müdaxiləni qəbul etməyəcək.
DOĞRU.AZ

























