image-2000x150px
image-123
image-ads_atlas
image-1717071881159048106_1200x630backend

Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib – FOTO

image-728x90px

Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Deichman Björvika adlı kitabxanada Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov və Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyində “Sehrli dünya” jurnalının redaktoru Gülzar İbrahimova ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Doğru.az-a bildirilib ki, Oslo Azərbaycan Evi, NAYO və Azərbaycan dili həftəsonu məktəbinin üzvləri iştirak etdiyi görüşdə aktyorun yaradıcılığı ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə müasir Azərbaycan dövlətinin xilası və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə Xankəndinin separatçılardan təmizlənməsi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması kimi mövzulardan da bəhs edilib.

Tanınmış uşaq yazıçısı Gülzar İbrahimova uzun müddətdir Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə əməkdaşlıq edir, kitablarını hədiyyə verir.

Məktəblə əməkdaşlıq çərçivəsində yazdığı “Trolların Sirri” kitabı ilə şagirdlərin sevimlisinə çevrilən uşaq yazıçısının Norveçdəki balaca soydaşlarımız ilə görüşündə 28 May – Müstəqillik Günündən danışılıb.

DOĞRU.AZ

image-1717071881106645980_1200x630 image-1717071881580624604_1200x630 image-17170718811955755177_1200x630 image-1717071881238126524_1200x630 image-1717071881597339471_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki