Ötən gün müğənni Mərdan Kazımovun ilk solo konserti baş tutub.
Doğru.az xəbər verir ki, “STEREOHALL”da baş tutan konsertdə müğənni öz repertuarından sevilən hitlərini bir-birinin ardınca səsləndirib. Səbəbkar konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzlərinə, xüsusilə də anasına və həyat yoldaşına təşəkkürünü bildirib.
“Yar, aman yar” mahnısı ilə konsertin açılışını edən müğənnini rəqqaslar müşayiət edib.
“15 ildir bu günü gözləyirəm. Xəyal edirəm. Təşəkkür edirəm ki, bu gün məni tək qoymadınız”- deyə müğənni qonaqlara təşəkkürünü bildirib.
Mərdan Kazımov Xalq artisti Mələkxanım Əyyubova, Orxan Zeynallı, Jay Meel ilə birlikdə duetlərini ifa edib. Sevilən duetlər konsert izləyicilərinin alqışları ilə müşayət olunub.
Müğənni Xalq artisti Mübariz Tağıyevin məşhur “Bir sabah” mahnısını yeni aranjemanda qonaqlara təqdim edib.
Konsert maraqlı anlarla yadda qalıb. Müğənninin qrupunun üzvü Laçın səhnəyə çıxaraq sevdiyi xanıma evlənmə təklifi edib.
Mərdan Kazımov isə öz xanımı, bloqer Nəzrin Nəcəfovaya sevgi etirafı edib:
“Bir il öncə toyumuz oldu. Səni çox sevirəm. Dəstəyin sonsuzdur. Təşəkkür edirəm”-, deyərək “Sevdim səni bir kere” mahnısını ifa edib.
Tamaşaçılar səsləndirilən musiqilərin sədaları altında bolluca rəqslər ediblər. Konsert bitsə də, tamaşaçılar “Bir daha” sədaları altında müğənninin səhnəyə çağırıblar. Təkrar səhnəyə çıxaraq Mərdan “Yaşa, Azərbaycan” mahnısını ifa edib”.
DOĞRU.AZ