Rusiyalı “Washington Capitals”in hücumçusu Aleksandr Oveçkin ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini şərh edib.
“Trampla yollarım kəsişdi. Sui-qəsd cəhdini necə qarşıladınız? Məncə, axmaqlıq. Mən başa düşmürəm ki, insanı necə öldürə bilərsən? Ona nifrət etsəniz də… Allaha şükürlər olsun ki, o, sağdır”, – Oveçkin Amiran Sərdarovun YouTube kanalında bildirib .
İyulun 14-də seçki kampaniyası mitinqində çıxış edən Trampa sui-qəsd edilib. Atışma nəticəsində prezidentliyə namizəd qulağından yaralanıb, bir Tramp tərəfdarı ölüb, iki nəfər yaralanıb.
Bundan əvvəl UFC-nin baş direktoru Dana Uayt Donald Trampa sui-qəsd cəhdini şərh edib.
Mənbə Rusca