image-ads_n1karobka_mobile
image-kvuxtkdg6vratdvcfvnumdxewzrezlkflobobgsl_640backend

Özbəkistan prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib – FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Günləri münasibətilə ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

Görüşün əvvəlində Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Söhbət əsnasında Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin, o cümlədən humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirilib.

Şavkat Mirziyoyev son illər mədəni mübadilənin intensivləşdiyini böyük məmnunluqla qeyd edib.

DOĞRU.AZ

image-wksoids4nh9inskoamsgyno78jmxottsc7ifocem_640 image-mtxqd7bmgidvmvmwfekrolzegl5mbkvbpvkl1xjx_640


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki