Mərhum Roma Papası Fransiskin üzündə nəhəng qançır aşkarlanıb.
İtaliyanın “Il Fatto Quotidiano” nəşrinə görə , bu, bir sıra suallara və fərziyyələrə səbəb olub.
Məqalədə deyilir: “Papa Fransiskin çənəsinin altında və sol yanağında nəzərə çarpan qaranlıq ləkənin olması əlavə suallara və fərziyyələrə səbəb olub”.
Qeyd olunur ki, bəzi ekspertlər bu ləkənin insult və ya beyin qanaması, yoxsa yıxılma nəticəsində yaranmış zədə ola biləcəyi ilə bağlı sual doğurub.
Bundan əvvəl Vatikan Papanın açıq tabutda çəkilmiş fotoşəkillərini dərc etmişdi.
DOĞRU.AZ