image-2000x150px
image-123
image-ads_atlas
image-paris-logo-olympics-01-pic_32ratio_900x600-900x600-9606backend

Parisdə keçiriləcək Olimpiadada idmançıların nə yeyəcəkləri məlum olub

image-728x90px

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edən idmançılar yeməkxanada dünyanın müxtəlif mətbəxlərindən 500-ə yaxın təamı dada biləcəklər.

Bu barədə “Le Parisen” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 3500 ziyarətçi üçün nəzərdə tutulmuş və gecə-gündüz fəaliyyət göstərəcək yeməkxana iyulun 12-də açılacaq. Hər gün idmançılar dörd dünya mətbəxindən – Fransız, Asiya, Afrika-Karib və ümumi mətbəxdən 40 məşhur və 120 əsas yeməkdən istifadə edə biləcəklər.

2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. 2023-cü ilin sonunda təşkilat rusları və belarusları neytral idmançı kimi qəbul etmək qərarına gəlib. İştirak etmək üçün onlar bir sıra tələbləri yerinə yetirməli və tələblərə cavab verməlidirlər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki