image-2000x150px
image-123
image-ads_atlas
image-94f5b220d8a15bc49b63c5ad120fb788backend

Paşinyan üçün kritik 3 ay: sülh sazişindən qaçmaq mümkün olmur, sui-qəsddən necə?

image-728x90px
Politoloq: “Onun şəxsi təhlükəsizliyinin gücləndirilməsinə kifayət qədər ciddi əsaslar var”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə gedən Ermənistanın baş naziri Nikol Paşinyanı Brüsseldə ciddi mühafizə olunub.   “Hraparak” qəzetinə istinadən məlumatına görə, Paşinyan Brüsselə çox sayda cangüdənlə gedib.

Bildirilir ki, N.Paşinyanı adətən bu cür səfərlərdə Dövlət Təhlükəsizlik Xidmətinin 3-4 əməkdaşı müşayiət edir. Bu dəfə isə bu say 3 dəfə artırılıb. Belə ki, Ermənistan hökumətinin rəhbərini 10-dan çox əməkdaş müşayiət edib.

“Görəsən, Paşinyanın bu cür böyük dəstəni özü ilə Brüsselə aparmasının səbəbi öz həyatı üçün artan qorxusudur? Ola bilsin ki, o, başqa ölkədə ona qarşı sui-qəsd təşkil edilməsindən ehtiyat edir. Bizə bunun belə olmadığını dedilər. Bunun səbəbi Paşinyanın Brüsseldəki erməni icmasının etiraz aksiyaları təşkil etməsindən ehtiyat etməsidir”, – deyə məlumatda qeyd olunub.

Bəzi ekspertlərə görə, sülh sazişini təkcə erməni ictimai rəyi həll etmir, bunun üçün dünya erməni lobbisinin, kilsənin, hətta erməni terror təşkilatlarının razılığını almaq lazım gələcək. 100 illik torpaq iddialarının üstündən xətt çəkəcək, geridə buraxacaq bir tarixi sənədə imza qoymaq bu baxımdan olduqca çətin, hətta çox riskli işdir. Paşinyan sülh sazişini elə şərtlərlə imzalamaq istəyər ki, ermənilər sonra onun qəbrini söküb cəsədini gölə atmasınlar. Paşinyan bunları yaxşı bilir, amma son Brüssel görüşündən də məlum olduğu kimi, yekun sülh sazişinin imzalanmasından da daha yayınmaq mümkün deyil. Amma görünür, Paşinyan həm də həyatına ciddi təhlükə olduğundan da şübhəlidir. Belə aydın olur ki, Ermənistanın dünən razılaşdırılan sülh, humanitar, sərhəd, delimitasiya-demarkasiya məsələləri ilə bağlı konkret addımlar atması və bu istiqamətlərdə praktiki işlər görməsi üçün 3 ay vaxtı var.

Çap versiya > Paşinyan üçün kritik 3 ay: Ermənistan böhrana yuvarlanır

“Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının Prezidenti Şarl Mişellə müzakirələr asan olmadı”. Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin aylıq yekun hesabat iclasında deyib. O əlavə edib ki, hökumətin əsas hədəf gündəliyi sülhdür. Nikol Paşinyan bu görüşlərlə bağlı müxalifətin səsləndirdiyi ittihamlara da cavab verib. O bildirib ki, hazırda müxalifətlə müzakirə aparmağa ehtiyac yoxdur. Bunu o vaxt edərlər ki, hakimiyyətdə cəmiyyətlə, siyasi qüvvələrlə müzakirəyə ehtiyac yaransın.

Paşinyan sülh müqaviləsi üçün qarşısında olan ciddi əngəlləri aşa biləcəkmi? Xüsusilə iki millətin qarşıdurmasından qazanan erməni lobbisi buna imkan verəcəkmi? Erməni kilsəsi həmişə qızışdırıcı mövqe tutduğundan, onları razı salmaq gərək olacaqmı?

Politoloq Anar Əliyev "Yeni TV"-nin canlı yayımında

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki,  31 avqust Brüssel görüşü bir sıra məqamlarla yadda qaldı. Bu görüş həm də Nikol Paşinyanın tədbirə xüsusi mühafizə təhlükəsizlik tədbirləri görməklə gəlməsi ilə diqqəti cəlb etdi. Burada vacib məqam nəhayət ki, Ermənistan liderinin də, Ermənistan hərbi-siyasi elitasının da Azərbaycanın irəli sürdüyü şərtlərin qəbul edilməsində başqa yolun qalmadığını dərk etməyə başlamasıdır: “Nikol Paşinyan bu reallığı qəbul etdiyindən və artıq dilinə gətirməyə, razılaşmalara gedilməli olduğundan danışmağa başlayıb. Ona görə də belə vəziyyətdə Paşinyan erməni terror təşkilatlarının və terror təşkilatları ilə əlaqəsi olan erməni lobbisinin, diasporasının ona qarşı ciddi təxribatlar törədə biləcəyini düşünərək təhlükəsizliklə bağlı daha ciddi addımlar atmaq məcburiyyətində qalıb. Paşinyanın şəxsi təhlükəsizliyinin gücləndirilməsinə kifayət qədər ciddi əsaslar var. Bunu doğuran bir neçə vacib məqam mövcuddur. Birincisi, təbii ki, Ermənistan cəmiyyəti, xüsusilə də uzun illər ərzində kənar dəstək hesabına Ermənistan xalqında formalaşdırılmış süni ”böyük Ermənistan” ideologiyasının, xəyallarının üstündən xətt çəkilmə mərhələsi yekunlaşır. Azərbaycan və Ermənistan arasında saziş imzalanarsa, artıq həmin ideologiya birdəfəlik tarixə qovuşmuş olur. Uzun illər ərzində erməni diaspor təşkilatları, xüsusilə Qriqoryan kilsəsi məhz “böyük Ermənistan” ideologiyasını irəli sürürdü. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan dövləti təkcə torpaqlarını azad etmədi, eyni zamanda işğalçı Ermənistan dövlətinin qonşulara qarşı böyük ərazi iddialarını özündə birləşdirən bu mənfur ideologiyasını məhv etmiş oldu. Bunu nəzərə alan erməni diaspor qüvvələri, erməni terror təşkilatları, eyni zamanda Qriqoryan kilsəsi bu ideologiyanın tamamilə məhv edilməsinə əsas təhlükələrdən biri kimi məhz Nikol Paşinyanı və onun komandasını görür. Çünki onlar aydın şəkildə dərk edirlər ki, Paşinyan Ermənistan dövlətini xilas etmək üçün bu boş xülyalardan uzaqlaşmaq və mövcud reallıqlar daxilində Ermənistanın mövcudluğunu qorumaq və inkişaf etdirməyə çalışır. Əslində böyük biznes layihəsi olan “böyük Ermənistan” xülyasının puç olması çoxlu sayda adamların, qrupların milyardlarla dövriyyəsinə ciddi zərbə vurub.  Bu vəsaitlərin əllərindən çıxmaıs ilə barışmayan qüvvələr Nikol Paşinyanla hesablaşmağa çalışır. Bunu Paşinyan da dərk edir”.

Politoloqun sözlərinə görə, Paşinyan onu da gözəl anlayır ki, “böyük Ermənistan” xülyası yalnız erməni diaspor qüvvələrinin, kilsənin xəyalları deyil: “Fransa kimi, Niderland kimi, Almaniya kimi dövlətlərin Orta Şərq, Qafqaz siyasətlərində başlıca hədəflərdən biri erməni məsələsini qabartmaqla bu bölgəyə sahib olmaq və maraqlarını həyata keçirmək üçün siyasətlərini yürütməyə  hələ on illər öncə başlayıblar. Sovet imperiyası dağılandan sonra da bu istiqamətdə mübarizə başlandı. Bu mübarizə hələ də davam edir. Bu amillər də Paşinyanın həyatı üçün təhlükə yaradır. Bunu da Paşinyan çox yaxşı bilir. Paşinyan bilir ki, sülh sazişini imzalayanda həmin xarici qüvvələrin birinci hədəfi məhz özü olacaq. Ona görə də mühafizəsini gücləndirib. Bundan sonra da keçiriləcək görüşlərə Nikolun ciddi mühafizə altında qatılması gözləniləndir. Çünki həyatına real təhlükə var”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki