Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Doğru.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin saytında bildirilib: “Baş nazir Paşinyan və prezident Ərdoğan qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar”.
Tərəflər həmçinin regionda sabitlik və sülhün bərqərar olunması üçün addımların əhəmiyyətini qeyd edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də Çinə səfəri çərçivəsində Paşinyanla görüşüb.
DOĞRU.AZ