Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Avropa Təamları” Festivalı baş tutub.
Doğru.az xəbər verir ki, tədbirdə Avropa İttifaqına üzv olan Fransa, Yunanıstan, Litva, İspaniya, Belçika və Polşa kimi ölkələrin milli mətbəxlərinə məxsus təamlar ziyarətçilərə təqdim olunub.
Festivalda yerli qida blogerləri də öz mətbəxlərini nümayiş etdirmək imkanı qazanıblar. “Nazlının mətbəxi” adı ilə tanınan qida blogeri Nəzakət Cəfərova milli mətbəximizdən seçilmiş yeməklərlə master-klaslar təşkil edib.
Həmçinin yerli brendlər stendlərdə öz məhsullarını nümayiş etdirərək qida sevərlərin marağına səbəb olublar.
Festivalın sonunda yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Konsertin yekununda keçirilən viktorinada qaliblərə hədiyyələr təqdim edilib.
Leyla Şah
DOĞRU.AZ