image-2000x150px
image-123
image-ads_atlas
image-pelosi_8backend

Pelosidən CİDDİ MESAJ: “Vaşinqton öhdəliyindən əl çəkməyəcək”

image-728x90px

“ABŞ Konqresinin nümayəndə heyəti Vaşinqtonun adanı dəstəkləmək öhdəliyindən əl çəkməyəcəyinə işarə etmək üçün Tayvana gəldi”.

Publika.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven ilə görüşü zamanı deyib.

“Bu gün çox qürur duyduğum nümayəndə heyətimiz Tayvana olan öhdəliyimizdən əl çəkməyəcəyimizi açıq şəkildə bildirmək üçün Tayvana gəldi”, – Pelosi qeyd edib.

O, ABŞ-ın zamanın sınağından keçmiş Tayvanla dostluğu ilə fəxr etdiyini vurğulayıb.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ hakimiyyətinin Tayvanın müstəqilliyini dəstəkləmədiyini və bu mövqeyi Çin hakimiyyətinə ən yüksək səviyyədə çatdırdığını bildirmişdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki