image-2000x150px
image-123
image-ads_atlas
image-1660967601_ukr-pensiyai-tfeng-qirici2backend

Pensiyaçı ov tüfəngi ilə Rusiyanın “Su-34” qırıcısını vurub saldı...-FOTOLAR+VİDEO

image-728x90px
2022-ci ilin martında Rusiya işğalçıları Ukraynanın Çerniqovu fasiləsiz bombardman edəndə təqaüdçü Valeri Fyodoroviç ov tüfəngini götürərək təyyarələrdən birinə atəş açıb. Nəticədə düşmənin “Su-34” qırıcısı məhv edilib

 

 

 

 Yalnız dünən -avqustun 19-da ictimailəşdirilən bu xəbəri “UNİAN” nəşri yayıb.
“Rus qırıcısı İkinci dövrə vuranda mən öz tüfəngimdən, hə, uşaqlar, öz tüfəngimdən atəş açdım və o, “ux” və yerə düşdü”- deyə təqaüdçü xatırlayır.
Vurulmuş Rusiya qırıcısına görə penisyaçı Ukrayna Dövlət Sərhəd Xidmətinin “Dövlət sərhədinin mühafizəsində köməyə görə” medalı ilə təltif edilib”, – deyə agentliyin saytında bildirilir.
Əsl ovçu kimi Viktor Fyodoroviç  vurulmuş “Su-34”-dən bir parçanı xatirə üçün götürüb saxlayır.
“Yaşın imkan versə, orduya gedərsənmi” -deyə soruşduqda ahıl kişi belə cavab verib: “Elə bu gün! Piyada, dördəmə, sürünərdim!”
Döyüşlər zamanı bu təqaüdçü ukrayın kişi daim Çerniqov müdafiəçilərinə və mülki sakinlərə kömək edib. Onun evinin zirzəmisində uşaqlı qonşular gizləniblər.
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki