Pentaqonun rəhbəri Pit Heqset “Fox News” telekanalına müsahibəsində ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçiriləcək görüşdə iştirak edə biləcəyini istisna etməyib.
Doğru.az xəbər verir ki, müdafiə naziri, “Bilmirəm. Görək qrafikim necədir. Ola bilər”, – deyə cavab verib.
“The Wall Street Journal” daha əvvəl Pentaqonun Heqsetin səhvləri ilə bağlı daxili çəkişmələrə büründüyünü yazmışdı.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində bildirib ki, Rusiya və ABŞ liderlərinin qarşıdan gələn görüşü iki ölkə arasında münasibətlərin normallaşmasına təkan verə bilər.
DOĞRU.AZ