image-n1karobka_ads
image-123
image-1722229424_5098815backend

Peskov: Putin oktyabrda keçiriləcək BRİKS sammitində İranın yeni prezidenti ilə görüşməyə hazırlaşır

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammitində İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşməyə hazırlaşır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran tərəfinin etibarlı dəvəti var.

“Biz ümid edirik ki, yeni prezident sammitə gələcək. Biz onu görməyə şad olarıq və prezident Putin qarşıdakı təmaslara hazırlaşır”, – Peskov bildirib.

Bundan əvvəl Putin İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla görüşüb.

Həmçinin İran prezidenti Məsud Pezeşkian deyib ki, İran Rusiya və Çin ilə dostluğu dərindən qiymətləndirir.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki