Rusiya prezidenti Vladimir Putin digərləri arasında Vladimir Zelenski ilə danışıqlara hazırdır, lakin onun səlahiyyəti şübhə altındadır.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“Putin özü dəfələrlə deyib ki, lazım gələrsə, Zelenski ilə danışıqlar aparacaq”, – Peskov xatırladıb.
Daha əvvəl Peskov bəyan etmişdi ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüşün tarixləri ilə bağlı hələlik anlaşma yoxdur.
Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu bildirib , lakin ABŞ və Avropa İttifaqının dialoqda iştirak etməsi şərtini irəli sürüb.
DOĞRU.AZ