image-n1karobka_ads
image-123
image-1727816787280579895_1200x630backend

Polad Bülbüloğluna “Aleksandr Nevski” ordeni təqdim edilib

image-ad_qayo_720x110px

Sergey Lavrov Polad Bülbüloğluna “Aleksandr Nevski” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada diplomatik fəaliyyətini başa çatdırmış Polad Bülbüloğlu ilə görüşüb. Nazir “Aleksanr Nevski” ordenini Polad Bülbüloğluna təqdim edib.

Diplomat bu mükafata Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə ölkələrimiz arasında müttəfiqlik əməkdaşlığının gücləndirilməsinə dair səylərinə görə layiq görülüb.

S.Lavrov ümidvar olduğunu bildirib ki, P.Bülbüloğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi də çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki