İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılıb.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş hesab olunan 3 nəfər müəyyən olunaraq tapılıb və aidiyyəti üzrə təhvil verilib.
DOĞRU.AZ




























