image-n1karobka_ads
image-123
image-6891e761ae5ac9163d285e2fbackend

Polşa rəsmisi: NATO-ya qarşı Rusiya təhdidi şişirdilib

image-ad_qayo_720x110px

Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri, general Dariuş Lukovski NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçin bəyanatlarını şişirdilmiş hesab edir.

Doğru.az xəbər verir ki, general Lukovski bu fikrini Rzeczpospolita nəşrinə verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, Qrinkeviçin Rusiyanın 2027-ci ildə NATO-ya qarşı çıxmağa hazır olacağı ilə bağlı söylədikləri reallığı tam əks etdirmir.

“Məncə, bu ssenari şişirdilmişdir”, – deyə general bildirib.

Lukovski hesab edir ki, belə açıqlamaların məqsədi Avropa ölkələrinə təzyiq göstərmək və onların hərbi potensiallarını daha sürətlə artırmalarına nail olmaqdır. O əlavə edib ki, Rusiya tərəfindən səslənən bu tip təhdidlər ABŞ qoşunlarının Avropada yerləşdirilməsi və oradakı mövcudluğuna təsir göstərməyə hesablanmış siyasi addımdır.

General həmçinin bildirib ki, yaxın vaxtlarda Avropa qitəsində münaqişə gözlənilmir. Lakin uzunmüddətli perspektivdə təhlükə ehtimalı yüksək olaraq qalır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki